В Нафталане состоялось мероприятие в рамках Месяца прав человека
Tədbirdə ŞİH-nin məsul əməkdaşları, Ombudsmanın Gəncə regional mərkəzinin rəhbəri, Naftalan şəhər Ağsaqqallar şürasının sədri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, təhsil, səhiyyə işçiləri, şəhərin bir sıra idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər
Tədbirdə çıxış edən ŞİH-nin məsul əməkdaşı Şahmar Ədilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması, dövlət qulluqçularının etik davranış qaydaları, Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində görülən işlərin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyi barədə iştirakçılara geniş məlumat verib.
Ombudsmanın Gəncə regional mərkəzinin rəhbəri Səbuhi Abbasov çıxış edərək Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən təsdiq edilmiş insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın əhəmiyyətindən, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəmizdə insan hüquq və azadlıqlarının təminatı sahəsində həyata keçirdiyi uğurlu siyasətdən danışaraq “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Çıxış edən digər natiqlər dövlət səviyyəsində humanizm prinsiplərinə xidmət edən xeyirxah tədbirlərin keçirilməsini, məhkum olunmuş şəxslərin əfv edilməsini yüksək qiymətləndirərək, Azərbaycanda tolerantlıq və multikulturalizm siyasəti insan hüquq və azadlıqlarının qorunmasının bariz nümunəsi olduğunu qeyd ediblər.