Şriftin ölçüsü :

Saytın rəngi :

1 июня-Международный День защиты детей в Нафталане

01 июня 2024 | 14:05

1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Naftalanda şəhid və qazi övladları ilə görüş keçirilib.

Görüşdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Millət Vəkili Anar Məmmədov, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid və qazi ailələri, onların övladları iştirak ediblər.                                                                          

İştirakçılar şəhid və qazi övladları ilə görüşərək onları bayram münasibətilə təbrik edib. ŞİH-nin başçısı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli  Mehriban xanım Əliyeva tərəfindən uşaqların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin uğurla davam etdirildiyini qeyd edib.

Millət Vəkili uşaqların Vətənə layiqli vətəndaşlar kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövlətinin hər cür şərait yaratdığını vurğulayıb.

ŞİH başçısı və Millət vəkili tərəfindən uşaqlara hədiyyələr verilib.

Sonda valideynlər daim qayğı ilə əhatə olunduqlarına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Təşkil olunan görüşün uşaqların sevincinə səbəb olduğunu qeyd ediblər.

1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir V.Namazov adına Körpələr evi-Uşaq bağçasında davam edib.

Tədbirdə Goranboy- Naftalan üzrə təhsil sektorunun müdiri iştirak edib.

Körpə balaların hazırladıqları mahnı və rəqs nümunələri qonaqlar tərəfindən alqışlarla qarşılanıb. 

Uşaqlarla birgə bayram tortu kəsilib.  

Переходы