Şəhər haqqında
Səhiyyə
Naftalan şəhər Mərkəzi Xəstəxanası
60 çarpayılıq Naftalan Şəhər Mərkəzi Xəstəxanasının inşasına 2015-ci ildə başlanılıb və 2018-ci ilin mayında tikinti işləri başa çatdırılıb. Şəhər Mərkəzi Xəstəxanasının tikintisi Prezident cənab İlham Əliyevin 2013-cü və 2018-ci illərdə imzaladığı sərəncamlara əsasən aparılıb. Xəstəxana 1,2 hektar ərazidə yerləşir. Tikintinin ümumi sahəsi 8 min kvadratmetrdən çoxdur. Xəstəxanada müvafiq şöbələr yaradılıb və ən müasir avadanlıqlarla təchiz olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci iilin iyunun 5-də Naftalan Şəhər Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.
Naftalan Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsində Terapiya, Uşaq, Poliklinika və Cərrahiyyə şöbələri, həmçinin Şüa diaqnostika kabineti fəaliyyət göstərir. Müəssisə üzrə ümumilikdə 169 nəfər işçi heyəti var. Onlardan 34-ü həkim, 54-ü orta tibb işçisi, 81-i isə digər işçi heyətindən ibarətdir. Bundan əlavə, Dəstək xidmətləri şöbəsinin Təsərrüfat bölməsi 1 ədəd xidməti avtomobillə təmin edilmişdir.
| Direktor |
Xəstəxananın ünvanı |
Əlaqə |
| Samir Allahverdiyev | Naftalan şəhər İ.Həsənzadə 20/9 |
(022)355-30-23 |















