Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Naftalan şəhəri üzrə  nümayəndəsi: Bayramov Aqil Cabbar oğlu

İşçilərin sayı: 1 nəfər
Ünvan: Ş.Qurbanov küç.
Tel: (022) 355-30-56, 355-25-86

Naftalan şəhərində bir çox mədəniyyət sahələri fəaliyyət göstərir. Şəhər əhalisinə 1 kitabxana – N.Gəncəvi adına Mərkəzi Kitabxana xidmət göstərir. Kitabxananın kitab fondu 29963 nüsxə təşkil edir. Milli adət-ənənələrimizin təbliği, əhaliyə mədəni xidmətin göstərilməsi, miili musiqi mədəniyyətimizin öyrənilməsi ilə 3 mədəniyyət evi - Naftalan şəhər Mədəniyyət Mərkəzi  - Qasımbəyli kənd Sənətkarlıq klubu və Qaşaltı Qaraqoyunlu kənd Diyarşünaslıq evi məşğul olur. Şəhərdə 7 illik Uşaq Musiqi Məktəbi də fəaliyyət göstərir və məktəbdə təhsil alan şagirdlərə musiqinin sirləri öyrədilir. Bundan əlavə şəhərdə Ümummilli lider Heydər Əliyev irsinin gənc nəslə öyrədiliməsində xüsusi əhəmiyyət daşıyan Heydər Əliyev Mərkəzi (fond sayı – 289 sayda) və Naftalanın tarixi mahiyyətini özündə əks etdirən və şəhərdə fəaliyyət göstərən sanatoriyalara şəfasını taparaq, öz əsalarını bağışladıqları Tarix Diyarşünaslıq Muzeyi (fond sayı – 402 sayda) fəaliyyət göstərir.

Naftalan şəhərində ümumilikdə 4 park mövcuddur. “Heydər Əliyev”, “Səməd Vurğun”, “Nəriman Nərimanov” və “Qələbə” parkları sakinlərə açıq havada istirahət etməsi, gəzinti və idmanla məşğul olması məqsədi ilə xidmət göstərir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər