Etik davranış
Görülən işlər
Naftalan şəhər İcra Hakimiyyəti tərəfindən etik davranış məsələləri ilə
əlaqədar 2022-ci ildə görülən işlər haqqında
MƏLUMAT
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə uyğun olaraq tabeliyimizdəki dövlət qulluqçularının xidməti davranışlarının etik davranış qaydalarına uyğunluğuna nəzarət edilməsi işləri cari ildə də davam etdirilmiş, eyni zamanda etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə müntəzəm olaraq tədbirlər həyata keçirilmişdir.
2022-ci il ərzində şəhərin idarə, müəssisə və təşkilat rəhbərlərinə etik davranış qaydalarına əməl edilməsi, xüsusilə də vətəndaşların qəbulu və müraciətlərinə həssaslıqla yanaşılması barədə müvafiq tapşırıq və tövsiyələr verilmiş, bu məsələlər xüsusilə nəzarətdə saxlanılmışdır.
Dövlət qulluqçularının xidməti davranışlarının qanunvericiliklə müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət edən məsul şəxs tərəfindən dövlət qulluqçularının xidməti davranışlarının qanunvericiliklə müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət edilmiş onlara xüsusi karantin rejiminin tələbləri çərçivəsində müvafiq maarifləndirici tədris və treninqlər keçirilmişdir. Eyni zamanda, keçirilən tədris və treninqlərdə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun əhatə dairəsi, məqsədi, etik qaydalar və bu qaydaların pozulmasına görə məsuliyyət, müxtəlif Mərkəzi İcra Hakimiyyəti orqanlarının bu sahədə qəbul etdiyi qərarlarla işçilər tanış edilmişdir.
2022-ci ildə Naftalan şəhərinin dövlət qulluqçuları çalışan müvafiq idarə, müəssisə və təşkilatlarında etik davranış qaydalarının pozulması ilə bağlı heç bir hal qeydə alınmamışdır.
Gələcəkdə də dövlət qulluqçularının xidməti davranışlarının qanunvericiliklə müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət edilməsi diqqət mərkəzində saxlanılacaqdır.