Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı

Novruzov  Vüqar  Vahid  oğlu  1980-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə Azərbaycan Texniki Universitetinin Mühəndis-menecmenti  ixtisası üzrə bakalavr, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit ixtisası üzrə magistratura pilləsini, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura pilləsini bitirmişdir.
    Əmək fəaliyyətinə 2002-2003-cü illərdə Azərbaycan Respublikasının Hesablama Palatasının Təşkilat şöbəsində böyük mütəxəssis kimi başlamışdır. 2003-2007-ci illərdə Azərbaycan Respublikası Hesablama Palatasının böyük mütəxəssisi, məsləhətçisi, aparıcı məsləhətçisi, sektor müdiri, 2007-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində məsləhətçi, baş məsləhətçi vəzifələrində, 27 sentyabr 2019-cu il tarixdən 4 dekabr 2019-cu il tarixədək Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində  çalışıb. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 21 iyun 2017-ci il tarixli Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur. Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilmişdir.
     Yeni Azərbaycan Partiyasının üzvüdür. Dövlət qulluğunun baş müşaviridir.
     Ailəlidir, üç övladı var.
   Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 04 dekabr 2019-cu il tarixli Sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

  

Keçidlər