Şriftin ölçüsü :

Saytın rəngi :

“Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib

15 aprel 2024 | 15:04

Naftalan Şəhər İcra Hakimiyyətinin, şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib.

Tədbirdə Naftalan ŞİHB-nın müavini və məsul əməkdaşları, Naftalan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin, Naftalan Reabilitasiya Mərkəzinin, Naftalan Gigiyena Epidemiologiya Mərkəzinin direktorları, tibb işçiləri və ziyalılar iştirak edib.

Öncə Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Azərbaycanın tanınmış simalarından olan tibb elmləri doktoru, akademik, görkəmli oftalmoloq-alim, ictimai xadim Zərifə xanım Əliyevanın keçdiyi zəngin və mənalı həyat yolundan, əvəzsiz elmi irsindən, peşə və ictimai fəaliyyətindən bəhs ediblər. Vurğulanıb ki, tibb tariximizdə silinməz iz qoymuş Zərifə xanım Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırmışdır.

Zərifə xanım haqqında xatirələr söylənilib, həmçinin bildirilib ki, Zərifə xanım Əliyeva Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, müdrik siyasətçi, ölkə Prezidenti cənab İlham Əliyevi xalqımıza bəxş etmiş qayğıkeş ana, bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratmış sədaqətli ömür-gün yoldaşı kimi daim qəlblərdə yaşayacaq.

Sonda Zərifə xanım Əliyevanın elmi fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.

Keçidlər