Şriftin ölçüsü :

Saytın rəngi :

Zərifə xanım Əliyevanın xatirəsi anılıb

27 aprel 2026 | 15:22

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər Mərkəzi Xəstəxanasında əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ŞİH başçısının müavini Kəmalə Hüseynova, Naftalan şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Samir Allahverdiyev, xəstəxananın həkim və tibbi heyəti, məsul əməkdaşlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan Kəmalə Hüseynova, xeyirxah və nəcib əməlləri ilə hələ sağlığında özünə əbədiyyət heykəli qoymuş görkəmli şəxsiyyət Zərifə Əliyevanın keçdiyi ömür yolunun sonrakı nəsillər üçün misilsiz örnək olduğunu qeyd edib, alimin xalqımız qarşısında misilsiz xidmətlərini xatırladıb.

Digər natiqlər qeyd ediblər ki, Zərifə Əliyeva ötən əsrin 60-70-ci illərində ölkəmizdə çox geniş yayılmış traxoma xəstəliyinin qarşısının alınmasında müstəsna xidmətlər göstərib. O, 1947-ci ildə Tibb Universitetini fərqlənmə ilə bitirdikdən sonra Moskvada İxtisasartırma kursunu keçəndən sonra traxoma xəstəliyi ilə əlaqədar tədqiqatları davam etdirib və bu sahədə ən yaxşı mütəxəssislərdən biri sayılırdı. Təsadüfi deyil ki, o, gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki orijinal işlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadın oftalmoloq olub.

Sonra məşhur oftalmoloqun həyat və fəaliyyətini əks etdirən videomaterial nümayiş olunub.

Keçidlər