Zəfər Gününə həsr edilmiş silsilə tədbirlər keçirilir
Xalqımızın tarixinə qürur və iftixar günü kimi yazılan 8 noyabr - Zəfər Günü “Konstitusiya və Suverenlik İli” çərçivəsində böyük sevinc və qürur hissi ilə qeyd edilir. Respublikamızın hər yerində olduğu kimi Naftalan şəhərində də Zəfər Gününün beşinci ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilir.
Zəfər Gününə həsr olunmuş tədbirlər çərçivəsində Naftalan şəhər Məhkəməsinin kollektivi tərəfindən şəhərin Heydər Əliyev prospektində ağacəkmə aksiyası keçirilib.
Təhsil müəssisələrində təşkil olunan tədbirlər çərçivəsində Zəfər Gününə həsr olunmuş şeir müsabiqələri keçirilib, şagirdlərin Vətən mövzusunda çəkdikləri rəsm və əl işlərindən ibarət sərgilər nümayiş olunub. Keçirilən tədbir və dəyirmi masalarda 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti barədə ətraflı məlumat verilib, ədəbi-bədii kompozisiyalar iştirakçılarda duyğulu və qürurlu anlar yaradıb.
V.Namazov adına körpələr evi - Uşaq bağçasında Zəfər Gününə həsr olunmuş “Qürurla yazılan 44 gün” mövzusunda keçirilən ədəbi-bədii tədbirdə Vətənə həsr olunmuş mahnılar səsləndirilib, şeirlər söylənilib, rəqs, kompozisiya və səhnəciklər nümayiş etdirilib.
Həmçinin Naftalan şəhərində fəaliyyət göstərən Günərzi Qayğı Mərkəzidə də tədbir keçirilib. Vətən müharibəsində qazanılan böyük qələbənin tarixi əhəmiyyəti vurğulanıb, şəhidlərin xatirəsi ehtiramla yad edilib. Uşaqların ifa etdiyi şeirlər və rəqslər tədbirə rəng qatıb.
Keçirilən tədbirlərdə Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları iştirak edib.















