Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər Günü ilə bağlı silsilə tədbirlər

06 noyabr 2023 | 16:08

Tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının iftixar və qürur mənbəyi olan 8 Noyabr - Zəfər Günü ilə bağlı Naftalan şəhərində silsilə tədbirlər keçirilir.

Tədbirlər çərçivəsində şəhərin Nəriman Nərimanov parkında məktəblilərin vətənpərvərlik mövzusunu özündə əks etdirən rəsm işləri və əl işlərindən ibarət “Tarixi Zəfərimiz” adlı sərgi nümayiş olunub.

Təhsil müəssisələrində keçirilən tədbirlərdə Vətənə olan sədaqət, zəfər, qəhrəmanlıq hisslərini əks etdirən şeirlər, kompozisiyalar təqdim olunub.

V.Namazov adına Körpələr evi - Uşaq bağçasında da körpə fidanların ifasında mahnılar səsləndirilib, rəqs nümunələri təqdim olunub. Keçirilən tədbirlərdə Şəhid ailələri, qazilər, Vətən Müharibəsi iştirakçıları iştirak ediblər.

Həmçinin şəhər Uşaq-Gənclər İdman məktəbinin şahmat bölməsinin yetirmələri arasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş turnir təşkil olunub. İstedadlı şahmatçıların aşkar edilməsi məqsədilə keçirilən turnirdə 30 nəfər şahmatçı iştirak edib. Turnirin sonunda qaliblər diplom və medallar ilə təltif olunacaqlar.

Keçidlər