Şriftin ölçüsü :

Saytın rəngi :

“Yoluxucu xəstəliklərin profilaktikası və gigiyena qaydaları” mövzusunda tədbir keçirilib

06 yanvar 2026 | 14:51

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yoluxucu xəstəliklərin profilaktikası və gigiyena qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Təbirdə ŞİH-nin məsul əməkdaşları, Naftalan şəhər GEM-nin direktoru, həkimlər, ictimaiyyət nümayəndələri, gənclər iştirak edib.

Tədbirdə yoluxucu xəstəliklərin qarşısının alınması, gigiyenik vərdişlərin gücləndirilməsi, sanitariya vəziyyətinin yaxşılaşdırılması istiqamətində iştirakçılara geniş məlumat verilib. Qeyd edilib ki, yoluxucu xəstəliklərə qarşı mübarizə yalnız tibb müəssisələrinin deyil, hər bir vətəndaşın üzərinə düşən məsuliyyətdir. Sadə gigiyena qaydalarına əməl etməklə həm özümüzü, həm də ətrafımızdakı insanları qorumuş oluruq.

İnfeksiyaların yayılma riskinin azaldılmasında vaxtında görülən profilaktik tədbirlərin və peyvəndlənmə işinin xüsusi önəm daşıdığı diqqətə çatdırılıb. Bildirilib ki, peyvəndləmə yoluxucu xəstəliklərdən qorunmanın ən etibarlı və təsirli yollarından biridir. Şəxsi gigiyena qaydalarının təbliği, erkən profilaktik addımlar və risklərin düzgün qiymətləndirilməsi yoluxucu xəstəliklərin qarşısının alınmasında mühüm rol oynadığı qeyd olunub. Tədbirdə maarifləndirici video materiallar nümayiş etdirilib, iştirakçılara bukletlər təqdim edilib.

Tədbirin məqsədi əhalinin məlumatlandırılması və sağlam davranışların gündəlik vərdişə çevrilməsidir.

Keçidlər