“Yol hərəkəti qaydalarına əməl edək!” mövzusunda tədbir keçirilib
Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə “Yol hərəkəti qaydalarına əməl edək!” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə ŞPŞ-nin məsul əməkdaşları, AQUPDK yanında Uşaq Səfirlər Məclisinin regional nümayəndələri, bir qrup fəal məktəblilər iştirak edib.
Tədbirdə məktəblilərə yol hərəkəti qaydaları, yol nişanları haqqında ətraflı məlumat verilib. Yol nişanları, piyada keçidləri, təhlükəsizlik kəmərinin əhəmiyyəti ilə bağlı maarifləndirici söhbət aparılıb. İştirakçılara yolda daha diqqətli olmaları tövsiyə edilib. Yollarda uşaqların təhlükəsizliyinin təmin olunmasında profilaktik tədbirlərin və maarifləndirmə işlərinin vacibliyi vurğulanıb.
Tədbirdə yol hərəkəti qaydaları və təhlükəsizliyi ilə bağlı videoçarx, məktəblilərin hazırladıqları plakatlar nümayiş olunub.
Məktəblərdə maarifləndirici tədbirlərin keçirilməsində başlıca məqsəd şagirdlərin təhlükəsizliyi, yol hərəkəti ilə bağlı onların həyat və sağlamlıqlarının qorunmasını təmin etməkdən ibarətdir.















