Şriftin ölçüsü :

Saytın rəngi :

Yeniyetmə və gənclər arasında maarifləndirici tədbir keçirilib

14 fevral 2024 | 14:12

Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli, 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın müvafiq bəndlərinin icrasının təmin edilməsi məqsədi ilə “Ailə dəyərləri, erkən nikah, qohumlar arasında nikahın mənfi nəticələri” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə ŞİH-nin, ŞPŞ-nin əməkdaşları, tibb işçiləri, müəllim, valideyn və məktəblilər iştirak ediblər.

Çıxış edənlər ailə dəyərlərindən, yaxın qohumlar arasında bağlanan nikahların sağlam nəslin formalaşmasına mənfi təsirlərindən, erkən nikahların, uşaq nikahlarının aktual ailə problemlərindən biri olmasından geniş bəhs ediblər. Azərbaycan Respublikasının Uşaq Hüquqları haqqında Qanunu, bir çox Dövlət Proqramları vahid dövlət uşaq siyasətinin formalaşdırılması və həyata keçirilməsi sahəsində xüsusi rol oynadığı qeyd olunub. Tədbirdə maarifləndirici video çarx nümayiş olunub.

Keçidlər