Şriftin ölçüsü :

Saytın rəngi :

“Yeni Nəfəs: Azərbaycan Gəncliyinin Missiyası” adlı tədbir keçirilib

03 fevral 2026 | 14:50

Naftalan Şəhər İcra Hakimiyyətinin və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Naftalan şəhəri üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 29 illiyi münasibətilə “Yeni Nəfəs: Azərbaycan Gəncliyinin Missiyası” adlı tədbir keçirilib. Tədbirdə Naftalan şəhər İcra Hakimiyyəti başçısının müavini Kəmalə Hüseynova, YAP Naftalan şəhər Təşkilatının sədiri Rövlan Heydərov, Naftalan şəhəri üzrə gənclər və idman sektorunun müdiri Tural Hümbətov, Dövlət İdarələri İşçiləri Həmkarlar İttifaqının Naftalan şəhər Komitəsinin sədri Elçin Salmanzadə və fəal gənclər iştirak edib.

Öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən natiqlər bildirdilər ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Bu gün gənclər siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, dövlətimizin başçısının imzaladığı Fərman və sərəncamlar, qəbul edilmiş Dövlət proqramları yeniyetmə və gənclərin hərtərəfli inkişafı və qabiliyyətlərinin üzə çıxarılması üçün geniş imkanlar açır.

Sonda idman sahəsində uğur qazanmış gənclər fəxri fərmanlar ilə təltif ediliblər.

Keçidlər