Yeni müalicə mərkəzi – “Karvan Hotel Naftalan”
İqtisadiyyatın əsas hissələrindən birini təşkil edən turizm dövlət büdcəsində gəlirlərin, əhalinin məşğulluq səviyyəsinin artmasına və mövcud infrastrukturun inkişafına müsbət təsir göstərir. Naftalan şəhərinin iqtisadiyyatının əsasını da sanator-kurort xidmətləri təşkil edir.
İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri və İcra Hakimiyyətinin məsul əməkdaşları şəhərdə fəaliyyət göstərən “Karvan Hotel Naftalan”da olublar. Turistlərə göstərilən xidmətlərlə yaxından tanış olublar, onları maraqlandıran suallara cavab verilib. İsrail, Rusiya və Qazaxıstandan olan xarici həmçinin, yerli turistlər icra başçısı ilə Naftalanla bağlı təəssüratlarını bölüşüblər.
Turist məmnunluğunun artırılması məqsədi ilə Naftalanda fəaliyyət göstərən turizm müəssisələrində davamlı olaraq belə görüşlər keçirilir.