Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni işıqlandırma sistemi quraşdırılır

23 fevral 2024 | 15:28

Şəhərimizdə ən qabaqcıl və müasir texnologiyalardan istifadə etməklə enerjiyə qənaətə imkan verən və səmərəliliyi artıran, küçələrin fasiləsiz enerji ilə təmin olunmasına xidmət edən işıqlandırma sistemlərinin şəhərin “İsa Məmmədov” adına yaşayış məhəlləsində  quraşdırılmasına başlanılıb.

Əvvəllər şəhərin müxtəlif ərazilərində qurulmuş işıqlandırma sistemləri kimi burada qurulan işıqlandırma sistemi də alternativ, yəni günəş enerjisi ilə qidalanan lampa və solar batareyalarla təchiz olunub.

Görülən işlər məhəllə sakinləri tərəfindən böyük rəğbətlə qarşılanıb.

Gələcəkdə bu işlərin şəhərin digər ərazilərində davam etdirilməsi planlaşdırılır.

Keçidlər