Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası-33 il

21 noyabr 2025 | 12:38

Naftalanda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş Yeni Azərbaycan Partiyasının 33 illik tarixi missiyası” mövzusunda tədbir keçirilib.

Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən, ŞİH başçısının müavini Arzu Məmmədov, YAP Naftalan Şəhər təşkilatının sədri Rövlan Heydərov, Yeni Azərbaycan Partiyası Mərkəzi aparatının məsul nümayəndəsi Araz Salmanov, Ərazi Partiya Təşkilatlarının sədrləri, Şəhər Ağsaqqallar Şurasının sədri, idarə, müəssisə və təşkilatların rəhbərləri, fəal gənclər iştirak edib

İştirakçılar öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. YAP-nın fəaliyyətini əks etdirən video material nümayiş etdirilib.

Çıxış edənlər partiya üzvlərini əlamətdar gün münasibəti ilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıblar. Tədbirdə Yeni Azərbaycan Partiyasının yaradılmasının tarixi əhəmiyyəti vurğulanıb. Bildirilib ki, müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmlənməsi Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti ilə bağlıdır. Ulu Öndərin ideyalarını bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası uğurla davam etdirir və ölkəmizi yeni inkişaf mərhələsinə aparır.

Partiyanın fəaliyyətinin siyasi sabitliyin qorunması, dayanıqlı inkişafın təmin olunması və dövlətçiliyin möhkəmləndirilməsində mühüm rol oynadığı diqqətə çatdırılıb. Eyni zamanda YAP-nın qarşıya qoyulan vəzifələri ardıcıllıqla icra etdiyi və ölkənin sosial-siyasi həyatında aparıcı qüvvə kimi çıxış etdiyi qeyd edilib.

Təşkilatın ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya üzvlərinə fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himni səsləndirilməsi ilə başa çatıb.

Keçidlər