Şriftin ölçüsü :

Saytın rəngi :

Yazın ilk günü Naftalanda ağacəkmə aksiyası keçirilib

01 mart 2024 | 15:44

Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı şəhərin Heydər Əliyev prospektində yazın gəlişi ilə artıq ənənə halını almış növbəti ağacəkmə aksiyası keçirilib.

Aksiyada ŞİH–nin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitdə ekobalansın qorunmasına, sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, sakinlərimizi ağac əkməyə təşviq etməklə təbiətə töhfə verməkdi.

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində şəhərdə 1000-ə yaxın Zeytun, Kiparis, Oleandr ağacları əkilib, yeni əkilən tinglər suvarılıb və ərazidəki digər ağaclara aqrotexniki qaydada qulluq göstərilib.

Keçidlər