Şriftin ölçüsü :

Saytın rəngi :

Yaşıllıqların mühafizəsi və artırılması üzrə tədbirlər görülür

18 iyul 2022 | 14:34

Naftalan şəhərində mövcud yaşıllıqlara qulluq göstərilməsi məsələləri ciddi nəzarətdə saxlanılır. Hazırda prospektlər, küçələr yol kənarlarında, park və istirahət mərkəzlərində və digər yerlərdə əkilmiş ağaclara, salınan yaşıllıqlara lazımi aqrotexniki qulluq göstərilməsi üçün müvafiq tədbirlər həyata keçirilir.

Dünyadakı iqlim dəyişikliyi bəzi bölgələrdə olduğu kimi Naftalanda da təbiətə zərər vurub. Əsasən eldar şamı ağacları ziyan çəkib. Hazırda, şəhər ərzaisindəki yaşıllıqların, xüsusilə eldar şamı ağaclarının kimyəvi dərmanlanması işləri aparılır.

Aparılan mübarizə tədbirlərinin əsas məqsədi zərərvericilərin ətraf mühitə və yaşıllıqlara verə biləcəyi ziyanın qarşısını almaqdır.

Keçidlər