Şriftin ölçüsü :

Saytın rəngi :

Yaşıllaşdırma işləri davam etdirilir

12 fevral 2024 | 16:46

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar müalicəvi turizm şəhəri olan Naftalanda yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir.

Şəhər İcra Hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə şəhərin hər iki giriş hissəsində yaşıllıq salınacaq ərazilərə baxış keçirib. Həmçinin, şəhərin əsas giriş hissəsində ağaclara aqroqulluq işləri ilə yerində tanış olub, mövcud yaşıllıqların sayının artırılması və yeni yaşıllıq zolaqlarının salınması barədə aidiyyəti şəxslərə tapşırıqlar verib.

Yeni yaşıllıqların salınması ekoloji baxımdan çox böyük əhəmiyyət daşıyır. Qeyd edək ki, yeni salınmış Bayraq Meydanında bir müddət əvvəl yaşıllığın suvarılmasında müasir damcılı suvarma üsulundan istifadə olunmaqdadır.

Keçidlər