“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti tədbir keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya naminə həmrəylik ili təmiz ekoloji mühit” mövzusunda tədbir keçirilib.
Tədbirdə ŞİH-nin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları, şəhər Bələdiyyəsinin sədri, şəhərin idarə, müəssisə, təşkilat rəhbərləri, həkimlər, ziyalılar iştirak edib.
Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmizdə ətraf mühitin mühafizəsinin, yaşıllıqların artırılmasının, sağlam ekoloji mühitin yaradılmasının prioritet məsələ olduğunu qeyd ediblər. Bu gün də dövlətimiz tərəfindən bu istiqamətdə mühüm işlər görüldüyünü vurğulayıblar. Qeyd edilib ki, Azərbaycan dünyada gedən iqlim dəyişikliyi proseslərinə ən həssas yanaşan azsaylı ölkələrdən biridir. Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsinin mühüm əhəmiyyətindən, COP29 kimi mötəbər tədbirə Azərbaycanın ev sahibi seçilməsinin ölkəmizə göstərilən yüksək etimadın və inamın növbəti təzahürü olmasından söhbət açılıb.
Respublikamızın bütün bölgələrində olduğu kimi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Naftalan şəhərində də görülən işlərdən, qarşıda duran vəzifələrdən danışılıb, müzakirələr aparılıb, video çarx nümayiş olunub, bukletlər paylanılıb.