Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

09 mart 2024 | 10:56

Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, zəhməti, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlı olmuşdur. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, “8 Mart – Beynəlxalq Qadınlar Günü” ərəfəsində şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda çalışan qadınların iştirakı ilə ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyasının keçirilməsində məqsəd ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, sakinlərimizi ağac əkməyə təşviq etməklə təbiətə töhfə verməkdir.

Keçidlər