Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiya səfiri Naftalanda olub

03 dekabr 2022 | 11:51

Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Vada Cüniçi Naftalan şəhərinə səfər edib.

Səfər çərçivəsində diplomat Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovla görüşüb.

Səmimi görüş zamanı bir sıra məsələlər müzakirə olunub.

Şəhər rəhbəri səfirə şəhərin turizm potensialı haqqında məlumat verib. Səfir həmçinin Naftalan şəhərinin turizm imkanları və Naftalan nefti ilə tanış olub. Qonaqa naftalan nefti ilə aparılan müalicə üsulları ilə bağlı ətraflı məlumat verilib.

Yaponiya səfiri Vada Cüniçi Naftalan şəhərində olmaqdan məmnunluq duyduğunu bildirib. Söhbət zamanı rəsmi qonaq Yaponiya və Azərbaycan arasında olan dostluq münasibətlərindən söz açıb, mövcud əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib. 

Sonda tərəflər qarşılıqlı xatirə hədiyyələri təqdim ediblər.

Keçidlər