Şriftin ölçüsü :

Saytın rəngi :

YAP fəalları Naftalanda Heydər Əliyev Mərkəzinə ekskursiya edib

06 mart 2023 | 15:13

 “Heydər Əliyev İli” çərçivəsində Naftalan Şəhər İcra Hakimiyyəti və YAP Naftalan şəhər təşkilatı tərəfindən növbəti dəfə şəhər Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.

Ekskursiyada Naftalan ŞİHB-nin müavini Kəmalə Hüseynova, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, idarə müəssisə və təşkilatların gənc əməkdaşları iştirak ediblər.

Ekskursiya zamanı tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən eksponatlarla tanış olublar. İştirakçılara Ümummilli Lider Heydər Əliyevin təkrarolunmaz həyat yolu, Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri haqqında geniş məlumat verilib.

Keçidlər