Şriftin ölçüsü :

Saytın rəngi :

“Yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması” mövzusunda regional müşavirə keçirilib

17 aprel 2026 | 17:46

Gəncə şəhərində keçirilən regional müşavirədə Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini və məsul əməkdaşları, həmçinin aidiyyəti qurumların rəhbərləri iştirak edib.

Müşavirənin əsas məqsədi ölkədə, xüsusilə regionlarda baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması, qabaqlayıcı tədbirlərin gücləndirilməsi, aidiyyəti qurumlar arasında koordinasiyanın artırılması, mövcud problemlərin müzakirəsi və effektiv həll yollarının müəyyənləşdirilməsi olub.

Tədbirdə Qərb bölgəsindəki meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin mövcud vəziyyəti barədə geniş məlumat verilib. Xüsusilə qarşıdan gələn yay mövsümündə mümkün yanğınların qarşısının alınması istiqamətində görülmüş tədbirlər diqqətə çatdırılıb. Eyni zamanda, aparılan monitorinqlər zamanı aşkarlanmış çatışmazlıqlar və onların aradan qaldırılması yolları müzakirə olunub.

Bildirilib ki, milli sərvətimiz olan meşələrin qorunması üçün hər kəsin yanğın təhlükəsizliyi qaydalarına riayət etməsi, o cümlədən məsul şəxslərin üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməsi vacibdir.

Sonda müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Keçidlər