Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib

25 fevral 2026 | 17:28

Vətən yolunda canından keçənlərin xatirəsini ehtiramla yad etmək, məktəblilərdə vətənpərvərlik hissini daha da yüksəltmək və Xocalı soyrıqımı zamanı xalqımıza qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətləri onlara çatdırmaq məqsədi ilə tədbirlər keçirilib.

Təhsil müəssisələrində “Unudulmayan faciə, sağalmaz yara”, “Xocalı-əsrin faciəsi”, “Xocalı uşaqların gözü ilə”, mövzularında dərslər, ədəbi-bədii kompozisiyalar, rəsm müsabiqələri təşkil edilib. Təhsil müəssisələrində faciəni əks etdirən sənədli filmlər izlənilmişdir.

Tədbirlərdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Xocalı faciəsinin tarixindən bəhs olunub.

Şagirdlər Vətənə, doğma torpağa olan sədaqət və məhəbbət duyğularını şeirlər, ədəbi-bədii kompozisiyalar vasitəsilə nümayiş etdiriblər.

Naftalan şəhər Uşaq Gənclər İdman Məktəbində  gənclərə dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin aşılanması məqsədilə Soyqrıma həsr edilmiş “Bir Gecənin Harayı” adlı rəsm müsabiqəsi keçirilib. Qaliblər diplom və medallar ilə təltif edilib.

Keçidlər