Xocalı soyqırımı və suverenliyimizin bu günü
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan “Xocalı soyqırımı və suverenliyimizin bu günü” mövzusunda tədbir keçirilib.
Öncə tədbir iştirakçıları, Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən stendlərə və Xocalıya həsr olunmuş kitablara baxış keçiriblər.
Tədbiri giriş sözü ilə açan ŞİH başçısının müavini Kəmalə Hüseynova bildirib ki, Xocalı soyqırımı Azərbaycan xalqının erməni faşizmi tərəfindən məruz qaldığı ən acı xatirədir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti, Ordumuzun rəşadəti sayəsində torpaqlarımız işğaldan azad olunub və həmin ərazilərimizə, o cümlədən Xocalıya həyat yenidən qayıdır.
Digər çıxış edənlər də, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Xocalı soyqırımına dövlət səviyyəsində qiymət verildiyini, ən əsası da dünya ictimaiyyətinə çatdırılmasında misilsiz xidmətlər göstərdiyini vurğulayıblar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət!” kampaniyasından söz açaraq bu kampaniya çərçivəsində Xocalı soyqırımının dünyada tanındığını bildiriblər.















