Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla anıldı

26 fevral 2026 | 14:49

Xocalı faciəsindən 34 il ötür. XX əsrin sonunda törədilmiş Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda bütün bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətdir.

Xocalı soyqırımına siyasi qiymətin verilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1994-cü il 24 fevralda Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı "Xocalı soyqırımı günü" kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu.

Naftalan şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilib. Anım tədbirində ŞİH başçısının müavini, icra hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov, ŞPŞ-nin rəisi Zaur Bədəlov, Naftalan Şəhər Məhkəməsinin sədri Ayaz Səlimov, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları “Vətən Uğrunda Həlak Olanların Memorial Kompleksi”ni ziyarət edib, gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.

Keçidlər