Xocalı soyqırımı qurbanlarının xatirəsi – bir dəqiqəlik sükut...
26 fevral 2026 | 17:23
Respublikamızın bütün ərazisində olduğu kimi Naftalan şəhərində də Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq dövlət bayraqları endirilib, saat 17:00-da soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillər vasitəsi ilə səs siqnalları verilib.















