Xocalı faciəsi – 32 il
Naftalan şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla anılıb. Anım tədbirində ŞİH-nin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Naftalan şəhər təşkilatının sədri, şəhər Ağsaqqallar Şurasının sədri, eləcə də şəhər ictimaiyyətinin nümayəndəri iştirak edib.
Anım tədbirində Şəhidlərin xatirəsinə ucaldılmış “Vətən Uğrunda Həlak Olanların Memorial Kompleksi” ziyarət olunub, gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarlarının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayət - Xocalı faciəsi xüsusi amansızlığına görə seçilir. Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda bütün bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətdir.
Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, xalq-lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin etdi. Otuz illik həsrət bitdi, torpaqlarımız mənfur düşmənlərin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Bütün şəhidlərimizin, eləcə də Xocalı qurbanlarının qisası alındı.