Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətənimiz Azərbaycan” çəkilişləri Naftalanda

18 iyun 2025 | 15:26

“Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Xüsusi Layihələr Studiyasında hazırlanan “Vətənimiz Azərbaycan” adlı  televiziya filminin növbəti çəkilişi ölkəmizin qədim və müalicəvi turizmi ilə seçilən Beynəlxalq Turizm Mərkəzi Naftalan şəhərinin tarixinə və mədəniyyətinə həsr olunub. 

Bu buraxılışda Naftalanın tarixi, zəngin mədəni irsi, şəhərin Beynəlxalq Turizm Mərkəzi kimi qazandığı status ətraflı şəkildə tamaşaçılara təqdim olunacaq.

Naftalan təkcə sağlamlıq mərkəzi deyil, eyni zamanda mədəniyyətin və xalq sənətkarlığının yaşadığı məkan kimi də önəm kəsb edir. Film çərçivəsində yerli muzeylərə, mədəniyyət müəssisələrinə və şəhərin tarixini yaşadan məkanlarda çəkilişlər aparılıb.

Keçidlər