Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlarla görüş zamanı Şəhər İcra Hakimiyyətinin başçısına edilən müraciət öz həllini tapıb

29 oktyabr 2026 | 17:14

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mütəmadi şəkildə Naftalan Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən vətəndaşlarla görüşlər keçirilir. Keçirilən görüşlərdə vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemlər həll olunaraq vətəndaş məmnunluğu təmin olunur.

İcra başçısının 19 oktyabr 2026-cı il tarixdə vətəndaşlarla görüşü zamanı Qaşaltı Qaraqoyunlu kənd sakinləri 10 ildən artıq yararsız vəziyyətdə olan küçə işıqlanmasının bərpasını xahiş etmişlər. Şəhər İcra hakimiyyəti başçısının göstərişi ilə vətəndaşların müraciəti təmin olunmuşdur.

Məmmədiyə Məmmədov Naftalan-Suqovuşan avtomobil yolunun Qaşaltı Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində sözügedən ərazidə yenidən bərpa olunmuş işıqlandırma sisteminə baxış keçirmişdir.

Kənd sakinləri müraciətin tez bir zamanda həll olunduğuna görə minnətdarlıqlarını bildiriblər.

Keçidlər