“Vətəndaşların sağlam həyat tərzi” adlı maarifləndirici tədbir keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”-nın müvafiq bəndinin icrası məqsədilə “Vətəndaşların sağlam həyat tərzi, zərərli vərdişlərin cəmiyyətə və insan sağlamlığına göstərdiyi mənfi təsirlər” mövzusunda keçirilən maarifləndirici tədbirdə ŞİH-nin məsul əməkdaşları, tanınmış videobloger Nail Kəmərli, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların gənc əməkdaşları, müəllimlər, məktəblilər, idmançılar, insan cəmiyyəti institunun nümayəndələri iştirak ediblər.
Maarifləndirici tədbirlərin keçirilməsində məqsəd vətəndaşlar, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin mənfi təsirinin təbliğindən ibarətdir.
Tədbirdə çıxış edən ŞİH-nin məsul əməkdaşı Fəxri Ağayev sağlam həyat tərzinin mərhələləri və əhəmiyyəti haqqında fikirlərini iştirakçılarla bölüşərək müasir dövrümüzdə bəşəriyyətin qarşısında duran ən ciddi problemlərdən birinin tütün, alkoqol və narkotik vasitələrdən istifadənin olduğunu vurğulayıb.
Tanınmış videobloger Nail Kəmərli zərərli vərdişlərin siqaretin, narkotik vasitələrin insan sağlamlığına, cəmiyyətə mənfi təsirləri, mübarizə yolları haqqında ətraflı məlumat verib. Narkotik vasitələrin, pis vərdişlərin insan həyatında, xüsusilədə gənclərin həyatında yaratdığı mənfi təsirləri vurğulayaraq, hazırladığı video materialları gənc auditoriya iştirakçılarına təqdim edib, sualları cavablandırıb, fikir mübadiləsi aparıb.
İştirakçılara ŞİH tərəfindən hazırlanmış sağlam həyat tərzinə çağırışı özündə əks etdirən bukletlər və yapışqanlar paylanılıb.
Sonda sağlam həyat tərzinin təbliği məqsədilə Naftalan şəhər Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış müxtəlif idman nümunələri nümayiş olunub.