Vətəndaşların növbəti qəbulu keçirilib
24 avqust 2022 | 14:23
Naftalan Şəhər İcra Hakimiyyətinin inzibati binasında icra başçısı Vüqar Novruzov tərəfindən vətəndaşların müraciətləri dinlənilib.
Müraciətlərdə işlə təmin olunma, fərdi yaşayış evinə su xəttinin çəkilməsi, torpaq sahəsinin sənədləşdirilməsi və digər məsələlər üstünlük təşkil edib.
Səsləndirilən müraciətlərin çoxu yerindəcə öz həllini tapıb. Araşdırılması tələb olunan məsələlər isə müvafiq qurumlara yönləndirilərək nəzarətə götürülüb.