Vətəndaşların müraciətləri dinlənilib
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov səyyar qəbul qrafikinə əsasən şəhərin bir sıra çoxmənzilli yaşayış binalarının sakinləri ilə səyyar görüş keçirib.
Görüşdə ŞPŞ-nin rəisi, İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qəbulda vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub. Araşdırma tələb edən məsələlər qeydiyyata alınaraq icrası nəzarətə götürülüb.
Səyyar qəbul zamanı “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın əhəmiyyəti diqqətə çatdırılmış, “Rəqəmsal İcra Hakimiyyəti” portalı və “mygov” platforması vasitəsilə vətəndaşlara təqdim olunan imkanlar barədə sakinlər məlumatlandırılmışdır. Vətəndaşların dövlət xidmətlərindən daha rahat və çevik şəkildə yararlanmasına imkan verən rəqəmsal həllərin əhəmiyyəti vurğulanmış, sakinlərə “Rəqəmsal İcra Hakimiyyəti”, “mygov” və “SİMA” kimi rəqəmsal platforma və tətbiqlərdən fəal istifadə etmələri tövsiyə olunmuşdur.
Sakinlər müraciətlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.















