Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların müraciətləri dinlənilib

02 oktyabr 2026 | 14:14

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov səyyar qəbul qrafikinə əsasən sakinlər ilə səyyar görüş keçirib.

Görüşdə ŞPŞ-nin rəisi, İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qəbulda vətəndaşların əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, eləcə də digər məsələlərlə bağlı problemləri dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub. Araşdırma tələb edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.

Səyyar qəbul zamanı “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın əhəmiyyəti diqqətə çatdırılmış, “Rəqəmsal İcra Hakimiyyəti” portalı və “mygov” platforması vasitəsilə vətəndaşlara təqdim olunan imkanlar barədə sakinlər məlumatlandırılmışdır. Vətəndaşların dövlət xidmətlərindən daha rahat və çevik şəkildə yararlanmasına imkan verən rəqəmsal həllərin əhəmiyyəti vurğulanmış, sakinlərə “Rəqəmsal İcra Hakimiyyəti”, “mygov” və “SİMA” kimi rəqəmsal platforma və tətbiqlərdən fəal istifadə etmələri tövsiyə olunmuşdur.

Sakinlər müraciətlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər