Vətəndaş qəbulu keçirilib
07 oktyabr 2026 | 15:38
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov vətəndaş qəbulu keçirib.
ŞİH-nin inzibati binasında keçirilən qəbulda vətəndaşların müxtəlif mövzularda müraciətləri və irəli sürdükləri təkliflər dinlənilib. Sakinlərin müraciətlərinin həlli istiqamətində müvafiq tapşırıqlar verilib, müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.
Vətəndaşlar göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.















