Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaş məmnunluğu təmin edilir

07 avqust 2025 | 14:28

Naftalan ŞİH-nin başçısı tərəfindən keçirilən səyyar qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində davamlı işlər aparılır.

Çoxmənzilli yaşayış binalarının sakinləri ilə keçirilən növbəti qəbulda vətəndaşlar Habil Əliyev küçəsində yerləşən parka əlavə yeni oturacaqların və zibil qutularının quraşdırılması ilə bağlı müraciət etmişlər. Müraciətlər ilə əlaqədar park ərazisində oturacaqlar və zibil qutuları quraşdırılmış, ərazi abadlaşdırılmışdır.

Qəbullarda qaldırılan məsələlərin operativ həlli istiqamətində mütəmadi olaraq işlər aparılır.

Keçidlər