Vətən müharibəsinin ilk mülki şəhidlərinin xatirəsi anılıb
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Naftalan şəhərində də şəhid ailələrinə və qazilərə xüsusi qayğı göstərilir.
44 günlük Vətən Müharibəsinin ilk günü düşmənin atdığı top mərmisi Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə düşərək bir ailənin 5 üzvünün həyatına faciəvi şəkildə son qoyub.
Şəhid Qurbanovların ildönümündə məzarları ziyarət edilib, ruhlarına dualar oxunub, əziz xatirələri ehtiramla yad edilib.
Tərbirdə Naftalan ŞİH başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Naftalan şəhər təşkilatının, Şəhər Ağsaqqallar şurasının sədrləri, Şəhidlərin ailə üzvləri və digər məsul şəxslər iştirak edib.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.















