Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsinin ilk mülki Şəhidlərinin ailəsi ziyarət olunub

22 sentyabr 2025 | 15:00

27 sentyabr-Anım Günü ərəfəsində Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop, Avropa Azərbaycan Məktəbinin direktoru Francesco Banchini, digər məsul şəxslər Vətən Müharibəsinin ilk mülki Şəhidləri olan Qurbanovlar  ailəsini ziyarət ediblər.

Ziyarət zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində qəhrəman Azərbaycan Ordusunun əldə etdiyi şanlı və tarixi Qələbədən söz açılıb, şəhidlərimizin xatirəsinin hər zaman dərin ehtiramla yad ediləcəyi vurğulanıb.

Xalqımızın sarsılmaz birliyi və qətiyyətli mübarizəsi sayəsində qazanılmış dövlət suverenliyimizin və ərazi bütövlüyümüzün tarixi əhəmiyyətini xüsusi vurğulayıblar.

Şəhidlərin ailə üzvləri dövlətimiz tərəfindən onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Vətən Müharibəsinin ilk günü düşmənin atdığı top mərmisinin Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə düşməsi nəticəsində ikisi uşaq olmaqla ailənin beş üzvü faciəvi şəkildə şəhid olmuşlar.

Keçidlər