Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunur

27 dekabr 2022 | 13:49

Naftalan ŞİH-nin başçısı və ŞPŞ-nin rəisi Vətən müharibəsinin ilk mülki şəhidləri Qurbanovların ailəsində olublar.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etdiyinin haqq işimiz olduğunu vurğulayan icra başçısı bildirib ki, xalqımızın igid övladlarının mərdliyi ilə qazanılan bu Zəfərlə bütün şəhidlərimizin qisası alındı, qanları yerdə qalmadı.

Ailənin qayğıları ilə maraqlanan şəhər rəhbəri, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramı münasibətilə ailə üzvlərinə səmimi təbriklərini çatdırıb. Ailəyə bayram sovqatı təqdim edilib.

Nadir Qurbanov onun ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsinin ilk günündə erməni vandallarının atdığı top mərmisi nəticəsində Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində Qurbanovlar ailəsinin ikisi uşaq olmaqla, beş üzvü həyatını itirib.

 

*****

Naftalan ŞİH-nin başçısı və ŞPŞ-nin rəisi ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Bəhruz Quliyevin ailəsini ziyarət ediblər. 

Şəhidin ailə üzvləri ilə söhbət zamanı müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsindəki tarixi qələbəmizdən bəhs edən icra başçısı Rəşadətli Ordumuzun göstərdiyi misilsiz qəhrəmanlıqlardan danışıb.  Hər bir şəhid ailəsinin əziz olduğunu, onlara diqqət göstərməyin mənəvi borc olduğunu qeyd edib. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramı münasibətilə ailə üzvlərinə səmimi təbriklərini çatdırıb.

Qeyd edək ki, ŞİH tərəfindən bayram ərəfəsində Şəhidin ailəsinin yaşadığı evin mənzil-məişət şəraiti yaxşılaşdırılmış və məişət avadanlıqları ilə təchiz edilmişdir. Həmçinin, uşaqlara yeni il hədiyyəsi, ailəyə bayram sovqatı təqdim edilib.

Şəhidin ailə üzvləri göstərilən həssas münasibətə görə möhtərəm Prezidentimiz  cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

*****

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı və ŞPŞ-nin rəisi bayram ərəfəsində Vətən müharibəsi şəhidi Fərid Adıgözəlovun ailəsini ziyarət edib.

Ziyarət zamanı ölkə Prezidenti Cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs edilib. Həmçinin vurğulanıb ki, torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından keçən şəhidlərimizin ailə üzvlərinə diqqət və qayğı göstərmək, hər zaman onların yanında olmaq, qayğıları ilə maraqlanmaq mənəvi borcumuzdur. İcra başçısı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramı münasibətilə ailə üzvlərinə səmimi təbriklərini çatdırıb.

Qeyd edək ki, ŞİH tərəfindən bayram ərəfəsində Şəhidin ailəsinə məişət əşyaları hədiyyə olunub, övladının yataq otağı uşaq mebeli dəsti ilə təchiz olunmuşdur. Həmçinin, balaca Gülsarəyə yeni il hədiyyəsi, ailəyə bayram sovqatı təqdim edilib.

 

Keçidlər