Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub

24 sentyabr 2026 | 16:13

Naftalanda 27 sentyabr Anım Günü ilə əlaqədar olaraq 44 günlük Vətən müharibəsi Şəhidlərinin ailələri ziyarət olunub.

Tədbirdə ŞİH başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov, şəhər Polis şöbəsinin rəisi Firuz Nuriyev, YAP Naftalan şəhər təşkilatının və şəhər Ağsaqqallar şurasının sədrləri, digər məsul şəxslər iştirak edib.

Ziyarət zamanı dövlətimiz tərəfindən hər zaman şəhidlərimizin qəhrəmanlıqlarının yüksək qiymətləndirildiyi, xatirələrinin uca tutulduğu qeyd edilib. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik siyasəti, rəşadətli ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində qazanılan Tarixi Zəfərdən danışılıb, şəhidlərimizin əziz xatirələrinin qəlblərdə əbədi yaşayacağı diqqətə çatdırılıb.

ŞİH tərəfindən Şəhid ailələrinə xatirə hədiyyələri təqdim olunub.

Şəhid ailələri onlara göstərilən hərtərəfli yüksək diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər