Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidlərinin ailə üzvləri “Yaşat” adlı konsert proqramında iştirak edib

14 dekabr 2022 | 13:57

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Yaşat” adlı konsert proqramı təşkil edilib. Şəhid ailələrinin, qazilərin iştirak etdiyi konsertdə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Ordumuzun qazandığı tarixi qələbədən danışılıb. 30 il işğal altında olan Qarabağın azad olunmasından, ərazi bütövlüyümüzün təmin edilməsindən bəhs edilib. Qeyd edilib ki, artıq iki ildən çoxdur ki, şəhid ailələrinin və qazilərin təminatına dəstək məqsədi ilə “Yaşat” fondu yaradılıb. Fonda həm ölkə daxilindən, həm də ölkə xaricindən dəstək olmaq mümkündür.  

Şəhər İcra Hakimiyyəti bu nəcib və humanist missiyaya qoşularaq Naftalanlı Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, eyni zamanda İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın üzvlərinin və şəhər ziyalılarının, gənclərin  konsert proqramında iştirakını təmin edib. Konsert proqramı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, konsertdən toplanan vəsait “Yaşat” fonduna ianə ediləcək.

Keçidlər