Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi Şəhidi Fərid Adıgözəlovun xatirəsi ehtiramla anılıb

18 oktyabr 2022 | 11:32

Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir.

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Fərid Adıgözəlovun ikinci ildönümü keçirilib.

Naftalan ŞİH başçısı, Şəhidin ailə üzvləri, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Müzəffər Ali Baş Komandanımız, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Adıgözəlov Fərid İlqar oğlu (ölümündən sonra) “Vətən Uğrunda”, "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur.

Fərid Adıgözəlovun bizlərə  qız övladı yadigar qalıb.

 

 

Keçidlər