Vətən müharibəsi şəhidi Fərid Adıgözəlovun qızının 4 yaşı tamam olur
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir.
Ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, qazilərə və müharibə veteranlarına yüksək diqqət və qayğı göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Adıgözəlov Fərid İlqar oğlunun övladı Gülsurənin bu gün 4 yaşı tamam olur.
Naftalan ŞİH-nin əməkdaşları Gülsurə balamızı doğum günündə şəhər rəhbərinin adından təbrik edib, hədiyyələr təqdim ediblər.
Şəhidin ailə üzvləri hər zaman diqqət və qayğı ilə əhatə olunduqları üçün minnətdarlıqlarını bildiriblər.