Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Fərid Adıgözəlovun anım tədbiri keçirilib

18 oktyabr 2024 | 14:35

44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü, xalqımızın qüdrətini bəşəriyyətə sübut etdi. Bu qəhrəmanlıq səlnaməsi tariximizdə qürur mənbəyimiz olaraq qalacaq.

Vətən müharibəsi iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Adıgözəlov Fərid İlqar oğlunun şəhidlik zirvəsinə ucalmasının dördüncü ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Naftalan ŞİH-nin başçısı, Naftalan Şəhər Məhkəməsinin, YAP Naftalan şəhər təşkilatının və şəhər Ağsaqqallar Şurasının sədrləri, şəhidin ailə üzvləri ilə birlikdə şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb xatirəsini ehtiramla anıblar.

İcra Hakimiyyətinin başçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində, eləcə də antiterror tədbirində əldə edilən nailiyyətlərdən, Azərbaycan Ordusunun qüdrətindən, ərazi bütövlüyümüzün təmin olunmasından söz açıb.

Şəhidin ailə üzvləri bütün şəhid ailələri kimi onlara da göstərilən diqqət və qayğıya görə, ölkə rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Adıgözəlov Fərid İlqar oğlu (ölümündən sonra) “Vətən Uğrunda”, "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər