Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Şəhidi Fərid Adıgözəlovun anım günüdür

18 oktyabr 2025 | 15:09

44 günlük Vətən müharibəsində əldə olunan Tarixi Zəfər Azərbaycan Ordusunun müasir dövrün ən qüdrətli ordularından biri, xalqımızın isə ərazi bütövlüyü uğrunda səfərbər olaraq misilsiz iradə və həmrəylik nümayiş etdirən bir xalq olduğunu bütün dünyaya nümayiş etdirdi. Qazanılan bu tarixi Qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yanaşı, həm də milli qürurumuzun, qəhrəmanlıq ənənələrimizin əbədi rəmzinə çevrildi.

Vətən müharibəsi iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Adıgözəlov Fərid İlqar oğlunun şəhidlik zirvəsinə ucalmasının beşinci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Naftalan ŞİH-nin başçısı, Naftalan ŞPŞ-nin rəisi, YAP Naftalan şəhər təşkilatının və şəhər Ağsaqqallar Şurasının sədrləri, şəhidin ailə üzvləri anım günü ilə əlaqədar olaraq şəhid Fərid Adıgözəlovun məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindən və sonrakı antiterror tədbirlərindən söhbət açılmış, əldə olunan tarixi nailiyyətlər, qəhrəman Azərbaycan Ordusunun qüdrəti və ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün tam şəkildə təmin edilməsindən bəhs edilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Adıgözəlov Fərid İlqar oğlu (ölümündən sonra) “Vətən Uğrunda”, "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər