Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Şəhidi Fərid Adıgözəlovun ailəsi ziyarət olunub

23 sentyabr 2022 | 14:32

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Naftalanda daim ehtiramla anılır. Şəhər rəhbərliyi ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının ailələrini mütəmadi olaraq evlərində ziyarət edir, onlara mənəvi dəstək olur.

Anım Günü ərəfəsibdə Vətən Müharibəsi şəhidi Fərid Adıgözəlovun ailəsi Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov, Naftalan ŞİH yanında İctimai Şuranın sədri Möhübbət Bədəlov və digər rəsmlər tərəfindən ziyarət edilib.

Görüş zamanı İcra başçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığından söz açaraq dünya hərb tarixinə əbədi həkk olunan misilsiz döyüş qabiliyyəti nümayiş etdirərək Şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımızın  xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd edib.  

Görüşdə ailənin müraciəti ilə əlaqədar ŞİH başçısı bir sıra məsələlərin qısa müddətdə həlli ilə bağlı müvafiq tapşırıqlar verib. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.  

Qeyd edək ki, Vətən Müharibəsi şəhidi Adıgözəlov Fərid İlqar oğlu ölkə rəhbərinin müvafiq Sərəncamı ilə ölümündən sonra. “Vətən Uğrunda”, "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü"medalları ilə təltif olunub. Ailəlidir, 1 qız övladı bizlərə yadigar qalıb.

 

           

 

Keçidlər