Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi Şəhidi Elyəddin Cəfərovun xatirəsi ehtiramla anılıb

20 oktyabr 2022 | 12:48

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad olundu. Şanlı və tarixi qələbəni bizə bəxş edən qəhrəman şəhidlərimiz  bizim qürur  mənbəyimiz, xalqımızın tarixində fədakarlıq nümunəsidirlər.  

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndindən olan  Elyəddin Cəfərovun  ikinci ildönümü qeyd edilib.

Naftalan ŞİH başçısı, Şəhidin ailə üzvləri, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Cəfərov Elyəddin Zöhrab oğlu  (ölümündən sonra) "Cəsur döyüşçü",“Vətən Uğrunda”, "Suqovuşanın azad olunmasına görə", medalları ilə təltif olunub.  

Keçidlər