Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Şəhidi Elyəddin Cəfərovun xatirəsi anılıb

20 oktyabr 2026 | 10:20

Müzəffər Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsi zamanı möhtəşəm qələbə qazanması, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi, heç şübhəsiz xalqımızın çoxəsirlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir.

Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kənd sakini Cəfərov Elyəddin Zöhrab oğlu torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə rəşadət göstərərək, Suqovuşanın azad edilməsi uğrunda qəhrəmancasına şəhid olmuşdur.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov, şəhər Polis Şöbəsinin rəisi, YAP Naftalan şəhər təşkilatının və şəhər Ağsaqqallar Şurasının sədrləri, şəhidin ailə üzvləri şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Şəhər İcra Hakimiyyətinin başçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindən və sonrakı antiterror tədbirlərindən söhbət açıb, əldə olunan tarixi nailiyyətlər, qəhrəman Azərbaycan Ordusunun qüdrəti və ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün tam şəkildə təmin edilməsindən bəhs edib.

Şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Cəfərov Elyəddin Zöhrab oğlu (ölümündən sonra) 3-cü dərəcəli “Vətən xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər